» » » 12 yaşlı Fərəhin ölümündə şok detal: "Elə dərmanlar içib ki..."

12 yaşlı Fərəhin ölümündə şok detal: "Elə dərmanlar içib ki..."

12 yaşlı Fərəhin ölümündə şok detal: "Elə dərmanlar içib ki..."

"Fərəh imtahanları ilə bağlı depressiyaya düşmüşdü"

Bunu açıqlamasında şair Oqtay Əliyev (Ərgünəş) 12 yaşlı nəvəsi Fərəh Yaqubovanın ölümünə münasibətində deyib. O.Əliyev bildirib ki, nəvəsi nənəsinin qan təzyiqini aşağı salan dərman preparatlarını içib:

"Düşüb şoka. Biz də bundan gec xəbər tutduq. Özü dedi ki, dərman içmişəm. Apardıq həkimə, amma gec idi. Həkimlər onu bu vəziyyətdən çıxara bilmədilər".

Ötən gün axşam saatlarına 12 yaşlı Fərəh Yaqubova Səbail rayonu Badamdar qəsəbəsindəki evində çox miqdarda dərman qəbul etdikdən sonra huşunu itirib. Dərhal 1 saylı Şəhər Klinik Xəstəxanasının Toksikologiya şöbəsinə yerləşdirilən Fərəh Yaqubovanın həyatını xilas etmək mümkün olmayıb.

F.Yaqubova jurnalist, publisist, naşir Oqtay Əliyevin (Ərgünəş) nəvəsidir. O, evin tək övladı idi.

Faktla bağlı başlanan istintaq araşdırmaları davam etdirilir.

///AzNews.az