» » » Məktəbdə sevişərkən müəlliməsi gördü, özünü öldürdü- 17 yaşlı qızın dramı

Məktəbdə sevişərkən müəlliməsi gördü, özünü öldürdü- 17 yaşlı qızın dramı

Məktəbdə sevişərkən müəlliməsi gördü, özünü öldürdü- 17 yaşlı qızın dramı

Türkiyədə 17 yaşlı Mehriban atasının gözü qarşısında intihar edib.

Müəllimi tərəfindən böhtan atılan 17 yaşlı Mehriban Şimşek bunu qüruruna sığışdırmayıb. O, atasının maşını ilə gedərkən qəfildən qapını açaraq yola atılıb. Mehriban müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.

Təfərrüat:

Mehriban və sinif yoldaşı Oğuzhan məktəbin həyətində oturub söhbət edərkən qızın saçına yarpaq düşüb. Oğuzhan Mehribanın saçındakı yarpağı götürərkən müəllimləri onları görüb. Müəllim şagirdləri danlayıb. "Həyətdə oturub yersiz hərəkətlər edirsiniz". Müəllim şagirdləri danladıqdan sonra onları müdirin yanına aparıb. Müdir uşaqların valideynlərini məktəbə çağıraraq onlardan valideynlərinə şikayət edib. Müdir qızla oğlana böhtan ataraq valideynlərinə deyib:

"Qızınız məktəbdə uyğunsuz hərəkətlər edib. Ya siz özünüz məktəbdən çıxarın, ya da biz qovacağıq".

Valideyn isə buna etiraz edib. Ata qızını da maşına mindirərək məktəbdən uzaqlaşıb. Müdirin və müəllimin sözlərini qüruruna sığışdırmayan Mehriban maşın hərəkətdə ikən qapını açaraq özünü yerə atıb./milli.az/