» » » Dərman içib ölən 12 yaşlı Fərəhin anası: "Yanıram, Rəna, yanıram" - FOTO

Dərman içib ölən 12 yaşlı Fərəhin anası: "Yanıram, Rəna, yanıram" - FOTO

Dərman içib ölən 12 yaşlı Fərəhin anası: "Yanıram, Rəna, yanıram" - FOTO

"Fərəh gözəl və ağıllı qız idi. Həyata inanırdı".

BiG.AZ xəbər verir ki, bunu aznews.az-a açıqlamasında Səbail rayon 6 nömrəli tam orta məktəbin direktor müavini Arzu Vəliyeva 12 yaşlı Fərəh Yaqubovanın ölümünə aydınlıq gətirərkən bildirib.

A.Vəliyevanın sözlərinə görə, həyata inamı böyük olan bir şagirdin intiharından belə söhbət gedə bilməz:

"Fərəh gözəl və ağıllı qız idi. Həyata inanırdı. Heç bir halda mən buna inanmıram. Bütün uşaqlar şokdadır. Uşaqların bu ölümə inanmaqları gəlmir. Anlaya bilmirik ki, bu, necə baş verib. Fərəhin məktəbdə davranışında heç bir qüsur yox idi. Onun simasında həyata gözəl ümid və baxış vardı".

Məktəb rəsmisinin fikrincə, F.Yaqubova məktəbdə təhsil alan şagirdlərin heç birindən geri qalmırdı:

"Biz Fərəhi tanıyırıq. Hamı onu çox istəyirdi. Onun ölümünə don geyindirmək olmaz, axı o biri şagirdlər də yazıqdır. O, körpə, mələk idi. Bizim məktəbdə atasız uşaqlar təhsil ala bilməz?".

A.Vəliyeva balası əlindən gedən ananın vəziyyətinin çətin olduğunu vurğulayıb.

Qeyd edək ki, Fərəhin anası Şahnaz Əliyeva sosial şəbəkədə övladının vaxtsız ölümü ilə bağlı fəryad edib.

Noyabrın 16-da Səbail rayon 6 nömrəli tam orta məktəbin şagirdi, 12 yaşlı Fərəh Yaqubova Badamdar qəsəbəsində yerləşən evində nənəsinin dərmanlarını içdikdən sonra dünyasını dəyişib.

Fərəh Yaqubova tanınmış şair Oqtay Əliyevin (Ərgünəş) nəvəsidir.

Faktla bağlı araşdırmalar davam etdirilir.