» » » "Əsgər özünü gülələyib"

"Əsgər özünü gülələyib"

"Əsgər özünü gülələyib"

Xəbər verdiyimiz kimi, noyabrın 17-də Ermənistan ordusunun Tavuş vilayətində müqavilə əsasında xidmət aparan hərbçisi ölüb.

Pulemyotçu əsgər İvan Davit Hayrapetyanın meyiti noyabrın 17-də saat 21:50 radələrində Ermənistan Müdafiə Nazirliyinə məxsus hərbi hissədə aşkarlanıb.

Onun ağız və baş nahiyyəsindən dəyən güllə nəticəsində öldüyü müəyyən edilib.

Ermənistanın İstintaq Komitəsi hadisə ilə bağlı yeni məlumat yayıb. Məlumatda qeyd edilib ki, əsgər Hayrapetyan qətlə yetirilməyib, o, özünü güllələyərək intihar edib.

Əsgərin hansı səbəbdən intihar etməsi açıqlanmayıb./azvision/