» » » 6 erməni vurulub
6 erməni vurulub

Noyabrın 15-də Ermənistanın 6 hərbi qulluqçusu, hələ ki, açıqlanmayan səbəbdən yaralanıb.

Ucarliyiq.biz virtualaz.org-a istinadən xəbər verir ki, bu barədə Emənistanın "Joxovurd" gündəlik qəzeti məlumat yayıb.

Qəzetin xəbərinə görə, hərbçilərdən ikisinin vəziyyəti ağırdır.

"Joxovurd" qəzeti Ermənistanın müdafiə naziri Vigen Sarqsyana 2-si ağır olmaqla, 6 hərbi qulluqçunun yaralanması hadisəsinin hansı şəraitdə və harada baş verdiyi barədə sual verib. Lakin müdafiə naziri belə hadisənin baş vermədiyini və belə bir hadisə haqqında ona məruzə edilmədiyini bildirib.

"Joxovurd" qəzeti daha sonra qeyd edir ki, əslində, həmin gün, yəni noyabrın 15-də 2 hərbi qulluqçu ağır bədən travmaları ilə hospitala yerləşdiriliblər. Yerevandakı Hərbi hospitalda Qarabağdan olan Qevorq Seyranoviç Dadasyan və Ermənistanın Kəvər şəhər sakini Roman Araovic Sukiasyan müalicə olunur.

Ermənitan Müdafiə Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Qevorq Altunyan isə bildirib ki, qeyd olunan hərbi qulluqçular müxtəlif vaxtlarda, ayrı-ayrı şəraitdə yaralanıblar. Məlumata görə, Qarabağdan olan Qevorq Seyranoviç Dadasyan bir gözünü itirib.