» » » Azərbaycanlı Rostovda şaurma üstündə adam öldürdü

Azərbaycanlı Rostovda şaurma üstündə adam öldürdü

Azərbaycanlı Rostovda şaurma üstündə adam öldürdü

Rostovda azərbaycanlı satıcı ondan şaurmanı pulsuz tələb edən kişini öldürüb.

SONXEBER.AZ modern.az-a istinadən xəbər verir ki, Rusiya mediasının yaydığı məlumata görə, hadisə noyabrın 19-da baş verib.

Hadisə şahidlərinin sözlərinə görə, gündüz bir balaca içmiş kişi Lenin küçəsində yerləşən kioskdakı satıcı ilə mübahisə edib.

Qalmaqala səbəb alıcının aldığı şaurmanın pulunu ödəmək istəməməsi olub.

Alıcının israr etdiyini görən satıcı- Azərbaycandan olan 26 yaşlı Aslan Sadıx ət doğradığı bıçağı götürərək onu alıcının sinəsinə saplayıb. Sonra da öz dostunun müşayiəti ilə hadisə yerini tərk edib.

Polis hazırda cinayətkarı axtarır.