» » » Bakıda qadın qızıl dükanından boyunbağını belə oğurladı – VİDEO

Bakıda qadın qızıl dükanından boyunbağını belə oğurladı – VİDEO

Bakıda qadın qızıl dükanından boyunbağını belə oğurladı – VİDEO

Dünən bakının məşhur univermaqlarından birində oğurluq hadisəsi baş verib.

Saat 15:00 radələrində piştaxtaya yaxınlaşan orta yaşlı xanım qızıl boyunbağını götürərək aradan çıxıb.

Bu barədə a24.az saytının müxbirinə həmin univermağın qızıl bölməsinin satıcısı xəbər verib.

"Xanım müştəri qismində vitrinə yaxınlaşdı, bir neçə ziynət əşyasına baxıb bəyənmədiyini dedi. Mən digər müştəri ilə maraqlanan zaman o, 70-80 AZN dəyərində olan boyunbağını oğurlayıb".

Ticarət mərkəzində olan kameralardan oğurluq hadisəsi öz təsdiqini tapıb.