» » » DİQQƏT!Bakıda əhaliyə zəhərli dini disklər paylanılır - FOTO(YENİLƏNİB)

DİQQƏT!Bakıda əhaliyə zəhərli dini disklər paylanılır - FOTO(YENİLƏNİB)

DİQQƏT!Bakıda əhaliyə zəhərli dini disklər paylanılır - FOTO(YENİLƏNİB)

Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsindən Publika.az-a bildirdilər ki, bu günlərdə qeyd olunan səbəbdən zəhərlənmə ilə bağlı müraciətlər olmayıb.
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəhbəri Qalib Rəhimov da Publika.az-a bildirib ki, polisə bununla bağlı müraciət olmayıb: "Bu halla qarşılaşan şəxslər polisə müraciət edə bilər. Vətəndaşlar tərəfindən bizə belə bir müraciət olduğu halda məsələ araşdırılacaq. Ona qarşı tədbir görüləcək".
***
Sosial şəbəkələrdə bəzi şəxslərin evlərə Quran surələrinin əks olunduğu disklər payladığı haqda məlumat yayılıb.

Məlumatı yayanlar diskin fotosunu da paylaşaraq, bu diskləri açan şəxslərin zəhərləndiyini bildirirlər. Hətta iddiaya görə, diski açan bir ailə bütünlüklə zəhərlənib və hazırda onlar xəstəxanadadırlar.
Maraqlıdır ki, zəhərlənən ailənin kimliyi açıqlanmır. Həmçinin Votsapda səsli mesajla çat bölümünə göndərilən və sürətlə paylaşılan bu məlumatın ilkin mənbəyi də məlum olmadığından, polis məsələyə hər hansı münasibət bildirməyib. Belə ki, zəhərlənmə faktı (kimlərin zəhərləndiyi) və evlərə diskin doğrudan da paylanılıb-paylanılmadığı bilinmir.
Bütün hallarda isə vətəndaşlardan diqqətli olmaları tələb olunur. Əgər bu məlumat doğrudursa və kimsə belə bir disk alarsa, dərhal DİN-in 102 "qaynar xətt"inə məlumat verməsi tövsiyə olunur/axar.az/