» » » "Bakıda məktəbdə intihar edən şəxs şagirdin atası olub" - 23 saylının direktoru DANIŞDI/Təfərrüat

"Bakıda məktəbdə intihar edən şəxs şagirdin atası olub" - 23 saylının direktoru DANIŞDI/Təfərrüat

"Bakıda məktəbdə intihar edən şəxs şagirdin atası olub" - 23 saylının direktoru DANIŞDI/Təfərrüat

Sumqayıt şəhərində 1965-ci il təvəllüdlü Cəfərov Rauf Əlisəf oğlunun məktəbin həyətində intihar etməsinin bəzi təfərrüatları məlum olub.

Hadisə ilə bağlı Sumqayıt şəhər 23 saylı orta məktəbin direktoru Fikrət Qasımov Ucarliyiq.biz-a açıqlamasında bildirib ki, Rauf Cəfərov məktəbin həyətində özünü asmayıb.

"Biz onun ailəsi ilə əlaqə saxladıq. C.Raufun həyat yoldaşı onun qəflətən ürək dayanmasından rəhmətə getdiyini deyib. Onun ölümü ilə bağlı başqa məlumatımız yoxdur. Ərazidə heç kim onun məktəbin həyətində özünü asdığını görməyib".

Direktor bildirib ki, mərhumun oğlu Cəfərov Fuad məktəbdə 9-cu sinifdə təhsil alır:

"Uşaq dərsə gəlmədiyinə görə ailə ilə əlaqə saxladıq və öyrəndik ki, atası qəfil ürək dayanmasından rəhmətə gedib. Ailə dəfn üçün rayona gedib".

"Rauf Cəfərov noyabrın 20-də ölüb"

"Mən həyətdə hər kəslə maraqlandım heç kim onun məktəbdə intihar etdiyini görməyib. Mətbuatda xəbəri oxudum C.Raufun 21 –də öldüyü bildirilib. Lakin bi ailə ilə əlaqə saxladıqdan sonra məlum oldu ki noyabrın 20-də rəhmətə gedib".- direktor deyib.

Qeyd edək ki, Sumqayıt şəhər Prokurorluğundan trendə verilən məlumata görə, 1965-ci il təvəllüdlü Cəfərov Rauf Əlisəf oğlu noyabrın 21-də 23 saylı orta məktəbin həyətində özünü idman qurğusundan asaraq intihar edib.

Faktla bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb.

Aysel Kərimova