» » » "Azərbaycanlının ermənilə bu qədər isti olması şübhə doğurur" - deputat ayağa qalxdı

"Azərbaycanlının ermənilə bu qədər isti olması şübhə doğurur" - deputat ayağa qalxdı

"Azərbaycanlının ermənilə bu qədər isti olması şübhə doğurur" - deputat ayağa qalxdı

"Hüquq-mühafizə orqanları Ermənistana gedən azərbaycanlı stilist Nazilə Mehdiyevanın həmin dövlətin xüsusi-kəşfiyyat xidmət orqanları ilə əlaqələrinin olub-olmadığını ciddi araşdırmalıdır".
Bu sözləri Ucarliyiq.biz açıqlamasında millət vəkili Fazil Mustafa azərbaycanlı stilist Nazilə Mehdiyevanın erməni əsilli stilist Goar Avetisyanın İrəvanda baş tutan toy mərasimində iştirak etməsinə münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, bu məsələ ciddi əməliyyat məlumatları ilə zənginləşdirilməlidir. Bu sadəcə toya getmək məsələsi deyilsə, gizli məqamlar varsa bunlar aşkara çıxarılmalı və cəmiyyətə istiqamətli bilgilər verilməlidir. Hər-halda bu qadının ermənilərlə bu qədər isti münasibətinin olması şübhə doğurur. Bu cür addım atan insanlar ictimai qınaqla yox, hüquqi məsuliyyətlə qarşılaşmalıdırlar Çünki, bu həqiqətən acınacaqlı haldır. Azərbaycan dövlətinin millətinin maraqlarına zidd bir addımdır.

Daha sonra millət vəkili bildirib ki, insan ermənilərlə münasibət saxlaya bilər, amma Azərbaycan dövlətinin əleyhinə olan fəaliyyət varsa biz onun üzərində dayana bilərik. Bunu da hüquq-mühafizə orqanları araşdırıb ortaya çıxarmalıdır.

"Burada təxribat ola bilər. Lakin bununla bağlı birbaşa vətəndaşı ittiham edə bilmərəm. Onun Ermənistana gedib - gəlməsi şübhə doğurur. Onun Ermənistanda kiminlə əlaqəsi olduğu hansı formada bunu etdiyi araşdırılmalıdır. Çünki bir azərbaycanlının Ermənistana sərbəst şəkildə gedib-gəlməsi inandırıcı deyil. Görünür burda başqa məqamlar var".

Qeyd edək ki, əslən azərbaycanlı stilist Nazilə Mehdiyevanın erməni əsilli stilist Goar Avetisyanın İrəvanda baş tutan toy mərasimində iştirak etməsi böyük səs-küy yaradıb.

Aysel Kərimova