» » » Sumqayıtda 3 uşaq atası borca görə intihar edib - təfərrüat

Sumqayıtda 3 uşaq atası borca görə intihar edib - təfərrüat

Sumqayıtda 3 uşaq atası borca görə intihar edib - təfərrüat

Sumqayıtda orta məktəbdəki intihar hadisəsinin səbəbləri məlum olub.

"A24.az"ın məlumatına görə, noyabrın 21-də şəhərdəki 23 saylı orta məktəbin həyətindəki idman qurğusundan asılmış meyiti tapılan – əslən Neftçala rayonundan olan, 1965-ci il təvəllüdlü Cəfərov Rauf Əlisəf oğlu ailəsilə birlikdə Sumqayıtın 9-cu mikrorayonunda kirayədə yaşayıb. 3 övlad atası olan R.Cəfərov noyabrın 20-də gecə saatlarında evdən çıxıb və məktəbin həyətinə gələrək, orada özünü idman qurğusundan asaraq intihar edib.

Məlumata görə, R.Cəfərov Sumqayıt şəhər, 5-ci mikrorayondakı "İmplant" Estetik Klinikasında diş texniki işləyirmiş. İntiharın səbəbi kimi R.Cəfərovun külli miqdarda borcunun olması göstərilir. Məlumata əsasən, onun külli miqdarda borcu olub və son aylarda həmin borcları ödəyə bilməyib.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.