» » » ŞOK!Eldar Mahmudovun oğlunun mesajları ÜZƏ ÇIXDI

ŞOK!Eldar Mahmudovun oğlunun mesajları ÜZƏ ÇIXDI

ŞOK!Eldar Mahmudovun oğlunun mesajları ÜZƏ ÇIXDI

Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin vəzifəli şəxslərinin cinayət işləri üzrə məhkəmə prosesinin davam etdiyi bir zamanda adıkeçən adamların törətdiyi əməllər barədə hər gün yeni məlumatlar ortaya çıxır.

"Qafqazinfo" nazirliyin sabiq aparat rəhbəri Vidadi Zeynalov və "AzİnTelekom" MMC-nin rəhbəri Cəlil Cəfərovun əlbir olaraq "Cartburg NC" şirkəti ilə güzəştli şərtlərlə müqavilə bağlanılmasına razılıq əldə etməklə külli miqdarda pul mənimsəməsi epizodu üzrə telefon yazışmalarını əldə edib.

"Cartburg NC" şirkəti sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovun şəriki Ayaz Kərimovun olub. Telefon yazışmalarından görünür ki, A.Kərimov bu işdə sadəcə təşkilatçı olub, şirkət faktiki olaraq A. Mahmudovun nəzarətində olub. Belə ki, cinayət işi materiallarında A. Kərimov A. Mahmudova ayda 1 və ya 2 dəfə "SMS" yazaraq Rabitə Nazirliyi ilə "Cartburg NC" şirkəti arasında aparılan danışıqlar barədə hesabat verib və qarşı tərəfin müvafiq tapşırıqları əsasında növbəti addımlar atılıb.

"Azərcell" mobil operatorunun rəsmi məktubunda A. Mahmudovun istifadəsində olan telefon nömrəsinin sabiq nazir Eldar Mahmudovun adına rəsmiləşdirildiyi aydın olur. Sabiq nazirin adına olan nömrə ilə A. Kərimovun istifadəsində olan telefon nömrəsi arasında yazışmalara 10 dekabr 2012-ci ildən başlayıb. Mesajların əksəriyyəti rus və ingilis dillərində yazılıb.

Növbəti yazışmada sabiq deputat Çingiz Əsədullayevin də bu işin içində olduğu bəlli olur.04 noyabr 2013-cü il tarixdə A.Kərimov sabiq nazirin oğluna "Qardaş, səndə viber proqramı var? Onunla danışmaq yaxşıdır. Boş olanda, məni yığ, müzakirə edək. Avadanlığın çatıdırlması 60 iş günüdür. Biz gərək məsələləri tez həll edək. Lazım olarsa, Çingizlə danışa və ona girov üçün sifariş edəcəyimin siyahısını verə bilərəm" deyə mesaj yazır. Mahmudov isə "Ok, yaxşı. mən də artıq layihəni hazırladım" cavabını göndərir.