» » » Əxlaqsızlıq edən gəlinin ACI SONU

Əxlaqsızlıq edən gəlinin ACI SONU

Əxlaqsızlıq edən gəlinin ACI SONU

Gəlininə xəsarət yetirməkdə ittiham olunan Yevlax rayon sakini, 1954-cü il təvəllüdlü Nigar Əzimovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf.com xəbər verir ki, Samirə Mehdiyeva (ad və soyad şərti verilib) yüngül həyat tərzi keçirdiyi üçün Nigar Əzimovanın oğlundan ayrılıb.

Samirə Mehdiyevadan ayrılan həyat yoldaşı Dünyamın Əzimov anası Nigar Əzimovanın evində yaşayıb. Yevlax rayonunun Aran qəsəbəsində yaşayan Samirə Mehdiyeva övladlarını öz öhdəsinə götürməyib. Uşaqlar Nigar Əzimovanın öhdəsində qalıb.

Amma sonradan Samirə Mehdiyeva övladları ilə görüşmək istəsə də, keçmiş qayınanası buna mane olub. Səbəb isə yüngül həyat tərzi keçirən Samirəni nəvələrindən uzaq tutmaq olub.

Samirə Mehdiyeva bu ilin martın 24-də övladlarını görmək üçün qayınanası Nigar Əzimovanın Aran qəsəbəsində olan evinə gəlib. Bu zaman Samirə Mehdiyeva keçmiş qayınanasının zorakılığı ilə üzləşib.

Nigar Əzimova Samitəyə əxlaqsız olduğunu və bu üzdən uşaqları ilə görüşməsinə icazə verməyəcəyini deyib.
Bu zaman tərəflər arasında mübahisə yaranıb. Mübahisə zamanı Nigar Əzimova stəkanla Samirə Mehdiyevanın başına vurub. O, "sağ gicgah nahiyyəsinin yarası, ənsə nahiyyəsinin dəraltı hemotoması" ilə nəticələnən xəsarət alıb.

Samirə Mehdiyeva həmin vaxt xəstəxanada tibbi yardım alıb və keçmiş qayınanasından Yevlax rayon polis şöbəsinə şikayət edib.
Nigar Əzimovanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə ittiham edilib.

Yevlax rayon Məhkəməsinin hökmü ilə Nigar Əzimova 300 manat cərimə cəzasına məhkum edilib. Hökmdən narazı qalan zərərçəkmiş Samirə Mehdiyeva apelyasiya şikayəti verib.

O, bildirib ki, Yevlax rayon Məhkəməsinin 22 avqust 2016-cı il tarixli hökmü qanunsuz və əsassızdır. Onun sözlərinə görə, bu iş ibtidai istintaq orqanı tərəfindən düzgün araşdırılmayıb, məhkəmə isə ibtidai istintaq orqanının düzgün olmayan araşdırılmalarına əsaslanaraq ədalətsiz qərar qəbul edib.

Samirə Mehdiyeva qeyd edib ki, həmin iş üzrə digər təqsirli şəxslər, o cümlədən Dünyamın Əzimov cinayət məsuliyyətinə cəlb edilməyib. O, bildirib ki, məhkəmə Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Nigar Əzimovanı 300 manat məbləğində cərimə cəzası təyin etməklə kifayətlənib.

Samirə Mehdiyevanın sözlərinə görə, Yevlax rayon Məhkəməsinin hökmündə dəyişiklik edilməli, Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilən Nigar Əzimovaya daha ağır cəza verilməli, bu işdə təqsirli olan şəxslər barəsində cinayət işi başlanılmalıdır.

Samirə Mehdiyevanın apelyasiya şikayəti araşdırılması üçün Şəki Apelyasiya Məhkəməsinə göndərilib. Apelyasiya şikayəti hakim İmanverdi Şükürovun sədrlik etdiyi kollegiyada araşdırılıb.

Hakim kollegiyası apelyasiya şikayətinin dəlillərini araşdırandan sonra qərar elan edilib. Qərara görə, Samirə Mehdiyevanın apelyasiya şikayəti təmin edilməyib.