» » » SOS: Azərbaycan qorxulu xəstəliklərin yayıldığı ölkələrin SİYAHIsında

SOS: Azərbaycan qorxulu xəstəliklərin yayıldığı ölkələrin SİYAHIsında

SOS: Azərbaycan qorxulu xəstəliklərin yayıldığı ölkələrin SİYAHIsında

Rusiyanın "Quberniya-33" saytı turistlər üçün infeksiya xəstəliklərinin yayıldığı ölkələrin siyahısını dərc edib.

Məlumata görə, siyahıda Azərbaycanın da adı qeyd olunub. Rusiyanın ərazisinə malyariya xəstəliyi, əsasən, Afrika ölkələrindən gətirilir. Bununla yanaşı, Asiya, Cənubi Amerika, həmçinin Tacikistandan və Azərbaycandan da bu xəstəlik Rusiyaya gələ bilər.

Eyni zamanda, Azərbaycanda 90-cı illərin ortalarından malyariya xəstəliyi yayılmağa başlayıb.

Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri Süleyman Məmmədov xəstəliyin son vəziyyətinə aydınlıq gətirib.

"Azərbaycanda malyariya 1994-cü ildən və 1998-ci ilə qədər sürətlə yayılıb. O zaman, həqiqətən, ölkədə minlərlə insan bu xəstəliyə yoluxdu. Ciddi nəzarət və müalicə hesabına bu xəstəliyin yayılmasının qarşısı alınıb. 2012-ci ildən bu yana malyariya xəstəliyi ilə bağlı cəmi iki hadisə qeydə alınıb"./Baku.ws/