» » » ANA-BACISININ yanında söyülən qadın - ərini öldürdü

ANA-BACISININ yanında söyülən qadın - ərini öldürdü

ANA-BACISININ yanında söyülən qadın - ərini öldürdü

Türkiyədə cinayət hadisəsi qeydə alınıb.

Bursada 26 yaşlı E.Ç. ərini bıçaqlayaraq öldürüb.

Hadisə Osmanqazi mahalında baş verib. E.Ç. əri ilə evdə oturarkən anası və bacısı onlara qonaq gəliblər. Bir müddət söhbətdən sonra ər-arvad arasında mübahisə yaranıb. Onlar dalaşıblar. Bu anda ər E.Ç.-ni təhqir edib, onu evdən qovub. Anasının və bacısının yanında söyülən qadın bunu qüruruna sığışdıra bilməyib. O, mətbəx bıçağı ilə ərini yaralayıb. Ağır yaralanmış ər xəstəxanaya çatdırılsa da, o, həyatını itirib.

E.Ç. həbs edilib. Məlum olub ki, o, narkotik istifadəçisidir./milli.Az/