» » » 19 yaşlı gəlin ata evində qətlə yetirildi - ƏR yoxa çıxdı

19 yaşlı gəlin ata evində qətlə yetirildi - ƏR yoxa çıxdı

19 yaşlı gəlin ata evində qətlə yetirildi - ƏR yoxa çıxdı

Şanlıurfada 15 yaşlı qız 19 yaşlı bacısını tüfənglə qətlə yetirib.

Ucarliyiq.biz Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə yerinə yollanan polis ailənin bütün üzvlərini nəzarət altna alıb. Öldürülən 19 yaşlı qızın ailəli olduğu bildirilsə də, onun həyat yoldaşı polis tərəfindən axtarışa verilib.

Cinayətin hansı səbəbdən törədildiyi araşdırılır. Ailə üzvlərinin verdiyi ifadəyə görə, 19 yaşlı qız həyat yoldaşı ilə birgə yaşamaq istəmədiyi üçün ata evinə gəlib. Səhər saatlarında isə onun başından güllənmiş halda meyiti aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.