» » » Ermənini öldürən erməni damarlarını doğradı

Ermənini öldürən erməni damarlarını doğradı

Ermənini öldürən erməni damarlarını doğradı

Ekstrasens Ani Madjnunyanın qətlində təqsirkar bilinən Muşeq Mxitaryan intihara cəhd edib.

Bugünə təyin olunan iclas şübhəlinin məhkəməyə gətirilməməsi səbəbindən baş tutmayıb.

Müəyyən olunub ki, Muşeq Mxitaryan noyabrın 21-də gözlərini tikib və damarlarını doğrayıb.

Xatırladaq ki, 2015-ci il avqustun 5-də Yerevanın Açapnyak rayonundakı mənzildə "6-cı hiss" televiziya proqramının ekstarsensi Ani Madjnunyanın çoxsaylı kəsilmiş-deşilmiş yaraları olan meyiti tapılıb.

Qətlə görə Muşeq Mxitaryana ittiham elan olunub. İstintaqdan verilən məlumata görə, cinayət qarət məqsədilə törədilib.

Cinayətkar pul tapa bilməyəndə qızıl-zinət əşyalarını və mobil telefonu götürüb./modern.az/