» » » Füzulidə kişilər GƏRGİNDİR, ona görə öz arvadlarını döyürlər

Füzulidə kişilər GƏRGİNDİR, ona görə öz arvadlarını döyürlər

Füzulidə kişilər GƏRGİNDİR, ona görə öz arvadlarını döyürlər

Qeyri-rəsmi statistikaya görə, Azərbaycanda qadınların ən çox zorakılığa məruz qaldığı rayon Füzulidir. Bunu İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Təlim resurs şöbəsinin metodisti Cəmilə Kərimova bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, qadın zorakılığı ilə bağlı Lənkəran, Beyləqan, Şəmkir və Füzuli rayonlarında sorğu aparılıb.

"Təmiz Dünya" İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova AzVision.az-a bildirib ki, qadın zorakılığı faktlarının ən çox Füzulidə qeyd alınması təsadüfi deyil. Onun sözlərinə görə, buna səbəb həmin bölgədə insanlarn emosiyalarının gərgin olmasıdır.

"Füzulidə qadın zorakılıqlarının baş verməsi aydın məsələdir. İnsanlar gərgin olur, nəticədə bu gərginlik emosiyaların artmasına, kişilərin öz gücünü qadınlar üzərində yoxlamasına gətirib çıxarır. Hesab edirəm ki, Füzulidə baş verənlər adi hadisə deyil. Burada bir çox faktorlar əsas rol oynayır. Füzüli düşmənlə sərhəddə yerləşdiyindən insanlar gün ərzində gərgin olurlar. İnsanların gərgin həyat tərzi sürməsi nəticələrə zorakılıq hallarının artmasına səbəb olur. Ancaq buna bəraət qazandırmaq olmaz".

M.Zeynalovanın sözlərinə görə, qadın zorakılığı faktları bütün sərhəd bölgələrində müşahidə olunur: "Çox vaxt insanlar fiziki və psixoloji zorakılıqla bağlı dövlət qurumlarına müraciət etmirlər. Müraciət bəzən fiziki zorakılıqla bağlı olur. Onlar bəlkə də fiziki və psixoloji zorakılığın nə olduğunu belə bilmirlər.İqtisadi və psixoloji zorakılıq qurbanlarını sonradan söhbət əsasında aşkarlayırıq".
QHT rəhbəri hesab edir ki, Bakı və Bakıətrafı kəndlərdə qadınlara qarşı zorakılıq faktları sayına görə rayonlardan geri qalmır.

"Bakının kəndlərində, Hökməlidə, Qobuda, Maştağada qız uşaqlarını məktəbə buraxmamaq və digər formada onlara qarşı zorakılıq halları mövcuddur. Hökməli qəsəbəsindən bir qız uşağı ölüm hədəsi ilə bizə müraciət edib".