» » » "Evimdə gördüyüm qadın dedi ki, ərinin ikinci arvadıyam, atam məni bıçaqladı" - DƏHŞƏT

"Evimdə gördüyüm qadın dedi ki, ərinin ikinci arvadıyam, atam məni bıçaqladı" - DƏHŞƏT

"Evimdə gördüyüm qadın dedi ki, ərinin ikinci arvadıyam, atam məni bıçaqladı" - DƏHŞƏT

Diyarbakırda sığınacaqda yaşayan F.K adlı qadının həyat hekayəsi eşidənləri dəhşətə gətirir. Sığınacağa iki uşağı ilə sığınan qadın çtin günlər yaşadığını və müalicəsi üçün dərman belə ala bilmədiyini dilə gətirib.

2 övladı ilə sığınacaqda yaşayan qadının yaşadıqlarını öz dilindən təqdim edirik:

"12 il öncə ailə həyatı qurdum, amma evlilik mənim üçün bir kabusa döndü. İlk övladımı qucağıma alanda bütün bu sıxıntıların keçib gedəcəyinə ümid edirdim. Amma heç də belə olmadı. İkinci dəfə hamilə qalanda həyat yoldaşım 4 aylıq hamilə olanda məni möhkəm döydü və övladımı itirdim. Dağlanmış yağı üstümə tökdü, hələ də bədənimdə o yaranın izləri var. İkinci övladım dünyaya gəldi və artıq bu evdə yaşamaq daha da çətinləşdi. Böyük oğlum xəstələndi. Xəstəxanda günlərlə qaldıq, evə qayıdanda isə qarşlaşdığım mənzərə... Həyat yoldaşım evə başqa bir qadın gətirmişdi, onunla bizim evdə yaşayırdı. Qadından soruşdum ki, sən kimsən? Nəyə görə bu evədəsən? Mənə dedi ki, mən onun arvadıyam. Zəng etdim ərimə və mənə dedi ki, evlənmişəm. Evi tərk etdim. Ata evinə getdim, amma ailəm məni qəbul etsə də, uşaqlarımı qəbul etmədi. İki ilə küçələrdə yaşadıq. Bir gün küçələrdəki zir-zibilləri yığışdıranda gördüm ki, atam gəlir. Əlində bıçaq olduğunun fərqinə varmadım. Məni məcbur evləndirmək istəyirdilər. Dedilər ki, ya uşaqların, ya da biz...Mən də uşaqlarımı seçdim. Atam məni 2 yerimdən bıçaqladı. Xəstəxanada həkimlər məni xilas etsə də, indiki vəziyyətdə həm uşaqlarıma baxa bilmirəm, həm də dərmanlarımı ala bilmirəm ki, müalicə olunum. Çox çətin vəziyyətdəyəm".

Mehrim Nəzərova