» » » "Atalığım məni Bakıda..." - girov saxlanıldığı deyilən 18 yaşlı rus qız TAPILDI

"Atalığım məni Bakıda..." - girov saxlanıldığı deyilən 18 yaşlı rus qız TAPILDI

"Atalığım məni Bakıda..." - girov saxlanıldığı deyilən 18 yaşlı rus qız TAPILDI

Xəbər verdiyimiz kimi, bu günlərdə Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan bir qadın polisə müraciət edərək, 18 yaşlı qızının evdən 30 min rubl götürərək, Bakıya - atalığının yanına getdiyini bildirmişdi. Qadının sözlərinə görə, atalığı Bakıda qızın sənədlərini gizlətmiş və onu girova çevirmişdi.

Ucarliyiq.biz bildirir ki, məlumat virtualaz.org-da dərc olunduqdan sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi bu məsələni aydınlaşdırıb. Nazirliyin mətbuat xidmətinin şöbə rəisi Orxan Mansurzadənin saytımıza verdiyi açıqlamaya əsasən, həmin qızın yeri və kimliyi müəyyənləşdirilib.

Məlum olub ki, 18 yaşlı Olesya Yatçenko Bakı sakini Çingiz Osmanovun doğma qızıdır və 12 yaşına qədər Bakıda yaşayıb. Onun Bakıda bir doğma qardaşı da atası ilə birgə yaşayır. Sonradan anası Olesyanı götürərək Sankt-Peterburqa köçüb.

Həddi-büluğa çatdığından və həyatı ilə bağlı sərbəst qərar verə bilmə yaşının yetişdiyini bildirən Olesya Yatçenko Bakıda polis əməkdaşlarına deyib ki, atasının yanına gəlməsi düşünülmüş addımdır və onu heç kim girovda saxlamır. Yeniyetmə qız Azərbaycandan getmək haqqında düşünmədiyini də əlavə edib.