» » » ŞƏKİDƏ ehtiyatsız davranan qadının başına görün nə gəldi

ŞƏKİDƏ ehtiyatsız davranan qadının başına görün nə gəldi

ŞƏKİDƏ ehtiyatsız davranan qadının başına görün nə gəldi

Şəkidə avtobusdan düşüb yolu keçmək istəyən 41 yaşlı qadını maşın vurub.

Ucarliyiq.biz apa-ya istinadən məlumatına görə, hadisə noyabrın 27-i saat 11:30 radələrində rayonun Orta Zəyzid kəndi ərazisində baş verib.

Orta Zəyzid kənd sakini Araz Məhəmməd oğlu Məhəmmədov idarə etdiyi "VAZ 21099" markalı, 20-DJ-892 dövlət nömrə nişanlı minik avtomobili ilə sərnişin avtobusundan düşüb yolu keçmək istəyən piyada, Baş Zəyzid kənd sakini 1975-ci il təvəllüdlü Sürmayə Məcid qızı Kərimovanı vurub. Qəza nəticəsində müxtəlif dərəcəli ağır bədən xəsarətləri alan S. Kərimova Şəki Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.

Şəki MRX-dan bildirilib ki, ağır qapalı kəllə-beyin travması alan S. Kərimovaya xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra vəziyyəti nəzərə alınaraq, müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

Faktla bağlı Şəki Şəhər-Rayon Polis Şöbəsində araşdırma aparılır.