» » » Ət çəkən maşında qolu qalan uşağın ürəkdağlayan görüntüsü yayıldı -Video

Ət çəkən maşında qolu qalan uşağın ürəkdağlayan görüntüsü yayıldı -Video

Ət çəkən maşında qolu qalan uşağın ürəkdağlayan görüntüsü yayıldı -Video

Masallıda 3 yaşlı uşağın qolu ət çəkən maşının arasında qalıb. Azyaşlının qolu maşından çıxarılsa da, barmaqları ciddi xəsarət alıb. Hazırda vəziyyəti ağırdır.

Ucarliyiq.biz xezerxeber.com-a istinadən bildirir ki, bədbəxt hadisə Masallının Qızılağac kəndində baş verib. Kənd sakini Şahanə əsgərova valideynlərin gözündən yayınıb və elektriklə işləyən ət maşınını hərəkətə gətirib. Sonra isə ət maşını ilə oynayıb və sağ qolu dirsəyinə qədər onun içərisində qalıb.

Uşağın harayına yetişən valideynləri onu dərhal Masallı Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. Həkimlərin çağırışına əsasən Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri xəstəxanaya cəlb olunublar. Onlar müxtəlif alət və avadanlıqlar vasitəsilə ətçəkən maşını kəsərək uşağın ağır zədələnmiş qolunu oradan çıxarıblar.

Şahanə əsgərovanın üç barmağı ciddi xəsarət alıb. Ona zəruri ilkin tibbi yardım göstərilib. Lakin vəziyyəti ağır olduğundan Bakı şəhərindəki Travmatologiya İnstitutuna göndərilib.