» » » "Aysel bakirə olmasaydı, atası onu 10 milyonun qarşısına necə çıxarardı?" - Azərbaycan efirindəki biabırçılıq davam edir - VİDEO

"Aysel bakirə olmasaydı, atası onu 10 milyonun qarşısına necə çıxarardı?" - Azərbaycan efirindəki biabırçılıq davam edir - VİDEO

"Aysel bakirə olmasaydı, atası onu 10 milyonun qarşısına necə çıxarardı?" - Azərbaycan efirindəki biabırçılıq davam edir - VİDEO

"Lider TV"-də yayımlanan "Çıxış yolu" verilişində ötən həftə baş verənlər hələ də müzakirə olunur. Verilişdə qaynananın 21 yaşlı gəlini barədə səsləndirdiyi fikirlər birmənalı qarşılanmır. Efirə zəng edərək aşkar şəkildə gəlnini rüsvay edən qaynana bildirib:

" Gəlinim evimə gələndə bakirə deyidi, o qaynının yatağına girmək istəyib, hətta o bizdən küsüb gedəndən sonra 2 ay başqa kişi ilə birgə yaşayıb".

"Çıxış yolu" verilişinin çəkiliş qrupu Samuxa yollanıb. 21 yaşlı Ayselin ailə həyatını, həyat tərzini araşdırıb. Kəndin cavanları, ağsaqqalları qaynananın dediklərini yalan adlandırıblar. Efirə qoşulan qızın bibisi isə toy gecəsi gəlinin bakirə olduğunu bildirib.

Bütün olanlar barədə verilişin aparıcısı Nuranə Gülər danışıb:

" Həmin ailə hələ boşanmayıb. O sözlərdən sonra boşanma işini bizim hüquqşünas həll edir. Amma qaynana efirdə elə biabırçı ifadələr işləti ki ... İnanın mənim yerimdə kim olsaydı şoka düşərdi. 21 yaşlı, efirə atası ilə gələn, öz adını belə yaza bilməyən, cahil, çox sakit bir qıza elə sözləri deyən qaynananı əlbəttə ki, qınamaq lazımdır. Çünki qaynana gəlninə üç dəfə şər atdı. Qaynana dedi ki, Aysel mənim evimə bakirə gəlməyib, gəlin kimi gəlib . Sonra dedi ki, Ayselin mənim digər oğlumla yaxınlığı olub. 3-cü dəfə isə dedi ki, Aysel küsüb gedəndən sonra öz kəndlərindən bir nəfərlə iki ay birgə yaşayıb, nikahdan kənar yaşayıb. Qaynananın iki adı var: Həqiqət və Tərbiyə ... (susur - red) ".

Aparıcı davam edir:

"Qız efirə atası ilə birgə gəlmişdi. İnamadıq ki, ata öz qızını 10 milyon insan qarşısına belə ayıbları olduğu halda çıxara bilər. Çəkiliş qrupumuz Samuxa getdi. Həmin kəndin camaatını yığdılar və təsdiq olundu ki, qaynana şər atır. Növbəti dəfə qızın atasını efirə çağırdıq və ona bizim ekspertlər dedi ki, alnın açıq, üzün ağ dur get, kəndinə ... Sənin qızının heç bir günahı yoxdur. İki adı olan qaynananı efirə qoşduq, ekspertlər ona dedi ki, ayıb deyilmi, hələ öz ad-soyadında olan 21 yaşlı qıza bu qədər böhtan, şər atırsan ... Qadın olan kəs necə digərinin adını belə ləkəliyə bilər? Nə idi axı bu qızın günahı ? Həmin xanım heç icazə vermədi ki, biz onlara qonaq gedək, yaman pərt oldu qadın ... Biz məsələni tam araşdırdıq və efirdə göstərdik "./big.az/