» » » Azərbaycanda hamiləlik, doğuş və zahılıq dövründə ölənlərin ŞOK STATİSTİKASI

Azərbaycanda hamiləlik, doğuş və zahılıq dövründə ölənlərin ŞOK STATİSTİKASI

Azərbaycanda hamiləlik, doğuş və zahılıq dövründə ölənlərin ŞOK STATİSTİKASI

Son 25 ildə Azərbaycanda hamiləliklə bağlı 1000-ə yaxın ana ölümü faktı qeydə alınıb.

1990-2015-cı illər ərzində hamiləlik, doğuş və zahılıq dövründə 977 ana ölümü baş verib.

Ana ölümlərinin maksimum sayı 1994-cü ildə 70 nəfər, minium sayı isə 1990-cı ildə 17 nəfər olub.

Ana ölümü hallarının ən yüksək göstəriciləri 1993-cü ildə (60 nəfər), 1996-cı (57 nəfər), 2007-ci (54 nəfər), 1995-ci (53 nəfər), 1998,1999 və 2006-cı (hər bir ildə 51 nəfər) illərdə, ən aşağı göstəricilər isə 1991-ci (20 nəfər), 2003-cü (21 nəfər), 2002-ci (22 nəfər), 2015-ci (24 nəfər), 2013-2014-cü (hər birində 25 nəfər) illərdə qeydə alınıb.

Ötən 5 il ərzində ölkədə ana ölümlərinin sayı 24-27 arasında dəyişib. 2015-ci ildə Azərbaycanda 24 ana ölümü qeydə alınıb ki, bununla da ana ölümünün səviyyəsi 2014-cü illə müqayisədə 1,4 % azalıb./APA/