» » » "Ağlaya-ağlaya anamın başını qırxdım" - Azərbaycanlı aktyor - VİDEO

"Ağlaya-ağlaya anamın başını qırxdım" - Azərbaycanlı aktyor - VİDEO

"Ağlaya-ağlaya anamın başını qırxdım" - Azərbaycanlı aktyor - VİDEO

ARB TV-nin efirində yayımlanan "Ömrün fəsilləri" verilişinin qonağı olan aktyor Ədalət Əbdülsəmədov maraqlı açıqlamalar verib.

"Anam çox yaxşı adam idi. Mənim dostlarım, atamın və qardaşımın dostları gəlib bizdə qalanda anam onları çox yaxşı qarşılayardı. Evimizdən qonaq əksik olmazdı. Anam çox qonaqpərvər idi. Dekabr ayı idi mənə zəng gəldi ki, anamda problem var. Başa düşdüm o dəqiqə ki, şiş var. Onkoloji xəstəxanada həkim var idi, ona zəng etdim. Dedi ki, süd-vəzi xərçəngidir. Onu tez gətirin gecikməsin. Və beləcə müalicə aylarla davam etdi. Mənim də həmin ərəfələrdə serial çəkilişim, televiziyada komediya verilişim, teatrda məşqlərim var idi. Hamısı üst-üstə düşmüşdü. Çətin bir şey idi. Əməliyyat olunmasını dedilər. Amma anamın yaşı çox olmasına görə qorxurdum ki, narxozdan ayılmaz.

Xırdalandan Bakıya gəlirdim maşında. Tək idim. Dayımqızı zəng edib fikrimi soruşdu. Öz-özümə düşündüm ki, anam məni böyüdüb süd verib, amma mən onu belə bir əməliyyata salıram. Mənə süd verən qadını əməliyyata aparıram. Gözlərim dolmuşdu. Maşını çəkib qıraqda saxladım. Daha sonra kimiyaların bir dövrü keçdi. Saç tökülməsi zamanında anamın saçını təmizləmək lazım idi. Heç kimin bilməsini istəmirdi. Aparat alıb özüm təmizləmək qərarına gəldim. Ürək-dirək verməliydim. Dedim ki, sənin qəşəng saçın olacaq, bu nədir ki belə. Danışdım-danışdım. Gözlərim doldu. Artıq işimi bitirib o, başını qaldıranda gülməli lətifə danışmalıydım ki, fikir çəkməsin. Orada xəstələrdən birinə demişdi ki, mən ölməkdən qorxmuram, mən ölsəm Ədalət fikr çəkər. İstəmirəm o, fikr çəksin. Daha sonra əməliyyata razı olduq. Çox şükür ki, əməliyyat uğurla başa çatdı. Çox razıyam. Bu günə kimi onlara minnətdaram".