» » » Bakı metrosunda İNTİHAR - Özünü qatarın altına atdı - YENİLƏNİB

Bakı metrosunda İNTİHAR - Özünü qatarın altına atdı - YENİLƏNİB

Bakı metrosunda İNTİHAR - Özünü qatarın altına atdı - YENİLƏNİB

10:04

Milli.az-ın məlumatına görə, intihara cəhd edən şəxs Nardaran sakini, 1951-ci il təvəllüdlü Əhmədov Nəsir Əlihüseyn oğludur.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayevin verdiyi məlumata görə, maşinistin sayıqlığı nəticəsində qatarı dərhal saxlamaq mümkün olub: "Saat 09:20 dəqiqədə bir kişi özünü "İçərişəhər"-"Həzi Aslanov" istiqamətində 13 saylı marşrut üzrə hərəkət edən qatarın altına atıb. Əhmədov Nəsir Əlihüseyn oğlu 1951-ci təvəllüdlü Nardaran sakinidir. Maşinistin sayıqlığı nəticəsində qatarı dərhal saxlamar mümkün olub. Qatar dərhal dayandırlıb, xətt gərginlikdən ayrılıb və sərnişin qatarın altından çıxarılıb. Relslərin arasına düşdüyündən sağ qalıb, sağ topuğundan xəsarət alıb. Hadisənin baş vermə səbəbləri araşdırılır. Qatarlarların hərəkət intervalında gecikmə yaranıb. Gecikmənin aradan qaldırılması istiqamətində iş aparılır".

----------

09:58

Bakıda metroda bir nəfər intihara cəhd edib.

Barədə Trend-ə "Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev məlumat verib.

Hadisə bu gün saat 09:15 radələrində metronun "Koroğlu" stansiyasında baş verib. 55-60 yaşlı kişi stansiyada özünü qatarın altına atıb. Stansiyada hərəkətdə olan qatar saxlanılıb, həmin şəxs relslərin üzərindən götürülüb.

Hadisə qatarların hərəkətində gecikməyə səbəb olub. Hazırda stansiyada qatarların hərəkəti bərpa edilir.