» » » Bakıdakı universitetdə DƏHŞƏT: Qız və oğlanların davası qanla bitdi(TƏFƏRRÜAT)

Bakıdakı universitetdə DƏHŞƏT: Qız və oğlanların davası qanla bitdi(TƏFƏRRÜAT)

Bakıdakı universitetdə DƏHŞƏT: Qız və oğlanların davası qanla bitdi(TƏFƏRRÜAT)

Tələbələrdən birinin bıçaqlanması və universitetdə tələbələr arasındakı dava ilə bağlı "Azərbaycan Universiteti"ndən Publika.az-a bildirilib ki, nə universitet daxilində, nə də həyətyanı sahədə döyülmə hadisəsi olmayıb:

"Universitet tələbələrindən biri kənar şəxslərlə universitet xaricində mübahisə edib. Lakin olay universitet ərazisində olmadığına görə biz hadisəyə görə məsuliyyət daşımırıq. Ancaq deyildiyi kimi bıçaqlanma olmayıb. Oğlanlar arasında davada üz-gözün əzilməsi mümkündür. Ümumiyyətlə, hadisə universitet yaxınlığında deyil, "Qanun" nəşriyyatını keçəndən sonra Tbilisi prospektinə gedən yolda baş verib. Bunu universitetlə bağlamaq doğru deyil".

Həmin gün universitetdə iki qız arasında dava olması ilə bağlı yayılan məlumata gəldikdə, universitetdən bildirdilər ki, belə bir mübahisənin yaşanmasını istisna etmək olmaz: "Hər gün bütün universitetlərdə tələbələr arasında mübahisə olur. Həmçinin bizim universitetdə tələbələr arasında mübahisə ola bilər. Bizim universitetdə tələbələrin kobud hərəkətlərinə görə universitetdən xaric edilir. Problemli tələbə isə hər yerdə ola bilər. Lakin onlara nəzarət üçün hamı çalışır".