» » » "Fərqanəgil 5 uşaqdırlar, beşi də dərsdən yayınırdı" - Salyanda atasının öldürdüyü qızla bağlı AÇIQLAMA

"Fərqanəgil 5 uşaqdırlar, beşi də dərsdən yayınırdı" - Salyanda atasının öldürdüyü qızla bağlı AÇIQLAMA

"Fərqanəgil 5 uşaqdırlar, beşi də dərsdən yayınırdı" - Salyanda atasının öldürdüyü qızla bağlı AÇIQLAMA

Salyanın Xurşud kəndində atası tərəfindən öldürülən 18 yaşlı Fərqanə Əsədovanın ailəsi ilə bağlı bəzi məqamlar ortaya çıxıb.

F.Əsədovanın 4-cü sinifdə oxuyan qardaşı Əflatun Əsədovun təhsil aldığı Xurşud kənd M.Salmanov adına ümumi orta məktəbin direktoru Ülviyyə Mirzəyeva Ucarliyiq.biz-a danışıb.

O, saytımıza açıqlamasında F.Əsədovanın adı çəkilən məktəbdə təhsil almadığını bildirib.

Onun sözlərinə görə, Əsədovlar ailəsindən yalnız Əflatun Əsədov Xurşud kənd M.Salmanov adına ümumi orta məktəbində təhsil alır:

"Onlar bizim kənddə yaşamayıblar. İl yarımdır ki, Xurşud kəndinə rayonun Arbatan kəndinin ərazisinə yaxın Qalalı yaşayış massivindən köçüblər. Bizim məktəbimiz 9 illik olduğundan F.Əsədovanın burda təhsil alması qeyri-mümkündür. Əflatun 3 gündür dərsə gəlmir, evlərində yasdır. Dərsə bir neçə gün də gəlməsə gedib onunla maraqlanacağıq. Amma dərsə dəvamiyyəti yaxşı idi. Anası uşağı ilə atası evinə gedib. Ortancıl qız olan F.Əsədova həm evlərinə həm də nənəsigilə gedib- gəlirdi. Ancaq evdə qalırdı. Onlar ailədə 3 oğlan və iki qızdılar. Əsədovlar ailəsi dərsdən yayınan uşaqlardır. F.Əsədovanın ümumiyyətlə təhsil aldığını eşitməmişəm", Ü.Mirzəyeva deyib.

Qeyd edək ki, dünən Salyan rayonunun Xurşud kəndində 18 yaşlı Fərqanə Əsədova atası tərəfindən qətlə yetirilib.

Aparılan ilkin araşdırmalarla məlum olub ki, qız qətlə yetirilib və ilk olaraq qızın kiçik qardaşı bacısını öldürdüyünü deyib. Lakin sonradan qanlı cinayətin Fərqanənin atası, 1975-ci il təvəllüdlü Əsədov Rauf Əsədxan oğlu tərəfindən törədilməsi müəyyənləşib.

Bildirilir ki, Əsədovlar ailəsində bir müddət imiş ki, problemlər yaşanırmış. Bir neçə gün əvvəl evin xanımı həyat yoldaşı ilə dalaşaraq evi tərk edib. Bundan sonra ailədə münasibətlər daha da kəskinləşib və dünən qızı ilə mübahisə edən 41 yaşlı kişi ona bir bıçaq zərbəsi endirərək öldürüb.

Faktla bağlı başlanmış cinayət işinin istintaqı davam etdirilir.