» » » Azərbaycanlı voleybolçular Avropa Liqasının qalibi oldular

Azərbaycanlı voleybolçular Avropa Liqasının qalibi oldular

Azərbaycanlı voleybolçular Avropa Liqasının qalibi oldular

Bakıda voleybolçu qadınlar arasında Avropa Liqasının final mərhələsinin cavab görüşü keçirilib. ucarliyiq.biz-in məlumatına görə, Azərbaycan milli komandası Bakı İdman Sarayında Slovakiyanı qəbul edib. Voleybolçularımız görüşdə qalib gələrək Avropa Liqası kubokuna sahib olublar və bununla da tarixi uğura imza atıb.



İki komanda arasında iyunun 30-da Nitra şəhərində keçirilmiş qarşılaşmada millimiz 3:1 hesabı ilə qalib gəlib. Təkrar qarşılaşmada Faiq Qarayevin baş məşqçi olduğu komanda rəqibə şans verməyib. Bu qələbə ilə yığmamız 2017-ci il Dünya Qran Prisində iştirak hüququna yiyələnib. 



Avropa Liqası



Final, cavab görüşü



Azərbaycan 3 - 0 Slovakiya (25-15; 25-22; 25-20)

Ən yaxşı oyunçu - Polina Rəhimova - 18 xal

Ən yaxşı hücumçu - Polina Rəhimova - 15 xal

Ən yaxşı servis - Nikolina Radosova - 2 eys

Ən yaxşı qəbul - Nikolina Radosova - 45 %

Ən yaxşı blok - Alyona Həsənova - 5 blok


Azərbaycanlı voleybolçular Avropa Liqasının qalibi oldular