» » » Yaponiya millisinin üzvü "Arsenal"da

Yaponiya millisinin üzvü "Arsenal"da

Yaponiya millisinin üzvü "Arsenal"da

İngiltərənin "Arsenal" klubu heyətini Takuma Asano ilə gücləndirib. ucarliyiq.biz-in məlumatına görə, bu barədə klubun rəsmi saytı məlumat yayıb.



21 yaşlı futbolçu ilə müqavilənin detalları açıqlanmayıb. Ancaq "topçular"ın baş məşqçisi Yaponiya millisinin üzvü haqda xoş sözlər deyib və onun gələcəkdə ulduz futbolçu olacağına inandığını söyləyib.


Yaponiya millisinin üzvü "Arsenal"da

Yaponiyanın ən perspektivli və gənc futbolçularından biri sayılan Takuma Asano son olaraq ölkəsində "Sanfresse Xirosima" klubunda çıxış edib. Hücumçu meydana çıxdığı 20 qarşılaşmada 7 qol vurub və 5 məhsuldar ötürmə ilə yadda qalıb.



Takuma Yaponiya millisinin formasını geyindiyi 5 qarşılaşmada 1 qol vurub. London təmsilçisi bundan öncə Qranit Xaka ilə müqavilə imzalayıb.