» » » Neymar Messi və Ronaldonu geridə qoydu

Neymar Messi və Ronaldonu geridə qoydu

Neymar Messi və Ronaldonu geridə qoydu

Avropada illik qazancı ən çox olan 10 futbolçu müəyyənləşib. ucarliyiq.biz-in məlumatına görə, "Barselona"lı Neymar komanda yoldaşı Lionel Messi və "Real"ın ulduzu Kriştiano Ronaldonu geridə qoyaraq birinci olub.



"Barselona"nın prezidenti Xosep Mariya Bartomeunun bu yaxınlarda verdiyi açıqlamda katalonların Neymarla yeni müqavilə imzalamağa hazırlaşdığı qeyd olunub. Klub rəhbərinin sözlərinə görə, tərəflər arasında 5 illik sözləşmə imzalanacaq. Qarşıdakı günlərdə "Barsa" əzəli rəqibi "Real"ın israrla transfer etməyə çalışdığı futbolçusu ilə müqaviləni rəsmiləşdirəcək. Neymarın Kataloniya klubu ilə 2018-ci ilə qədər müqaviləsi var. 


Neymar Messi və Ronaldonu geridə qoydu

Neymar Messi və Ronaldonu geridə qoydu


Neymar yeni müqavilənin şərtlərinə görə, indi daha çox qazanacaq. İndiyədək həftədə 250 min funt-sterlinq (təxminən 547 min manat - red.) alan futbolçu bundan sonra həftədə 500 min funt-sterlinq (təxminən 1 milyon 9 min manat - red.) qazanacaq.



1. Neymar (Barselona) - 56 milyon avro

2. Lionel Messi (Barselona) - 50 milyon avro

3. Kriştiano Ronaldo (real) - 47,5 milyon avro

4. Zlatan İbrahimoviç (Mançester Yunayte) - 26,7 milyon avro

5. Qaret Beyl (Real) - 21,4 milyon avro

6. Ueyn Runi (Mançester Yunayte) - 16,9 milyon avro

7. Luis Suares (Barselona) - 16 milyon avro

8. Andres İnyesta (Barselona) - 16 milyon avro

9. Eden Hazard (Çelsi) - 16 milyon avro

10. Serxio Aquero (Mançester Siti) - 15,1 milyon avro