» » » Məşhur futbolçunun 17 yaşlı sevgilisi

Məşhur futbolçunun 17 yaşlı sevgilisi

Məşhur futbolçunun 17 yaşlı sevgilisi

"Mançester Siti"nin futbolçusu Samir Nəsri paparatsilərə yaxalanıb. ucarliyiq.biz-in məlumatına görə, Fransa millisinin sabiq üzvünün yanında məşhur müğənni Lionel Riçinin 17 yaşlı qızı Sofiya Riçi olub.



Gözəlliyi ilə hamının diqqət mərkəzində olan Sofiya Hollivudda futbolçunun 29-cu ad gününü qeyd etdiyi partiyə qatılıb və Samirlə əl-ələ məkanı gizlicə tərk etməyə cəhd göstərib. 



Samir Nəsri 2012-ci il keçirilən Avropa çempionatında komandasının İspaniyaya 2-0 hesabı ilə məğlub olduqları qarşılaşmanın ardından bir jurnalistlə yaşadığı qalmaqal sonrası Fransa Futbol Federasiyası tərəfindən 3 oyunluq cəzalandırılmışdı. Ondan sonra Samir Nəsri milli komandaya dəvət almayıb.


Məşhur futbolçunun 17 yaşlı sevgilisi

Məşhur futbolçunun 17 yaşlı sevgilisi


Bu hadisədən sonra Samir Nəsri jurnalistlərə açıqlamasında etdiyi hərəkəti bir daha təkrarlamayacağına söz verib: “Hamıdan üzr istəyirəm. O zaman peşəkar futbolçu kimi davranmadım. Bu bir daha təkrar olmayacaq.



Artıq gələcəyi düşünmək lazımdır. Mən kimsəni öldürmədim. 2010-cü il Dünya Çempionatında bundan böyük hadisələr olmuşdu”. -deyə futbolçu qeyd etmişdi.



Fransada bir çoxlarının "Yeni Zidan" adlandırıdığı Nəsri Fransada əlcəzairli ailəsində dünyaya gəlib və ənənəvi müsəlman ailəsində böyüyüb.