» » » Avropanı şoka salacaq transfer

Avropanı şoka salacaq transfer

Avropanı şoka salacaq transfer

Yeni baş məşqçisi Joze Mourinyo ilə 2016/17 mövsümünə damğa vurmaq istəyən "Mançester Yunayted" heyətinə dünya ulduzlarını qatmağa davam edir.



ucarliyiq.biz-in məlumatına görə, "Borussiya"dan (Dortmund) Henrix Mkıtaryanı, "Vilyarreal"dan Erik Banllini və PSJ-dən Zlatan İbrahimoviçi heyətinə qatan Mançester təmsilçinin növbəti transferi sözün əsl mənasında bomba effekti yaradacaq.



İddialara görə, Mourinyonun komandasının əsas hədəfəi Paul Poqbadı. "Daily Mail"in xəbərinə görə, bu transfer üçün kassasını tamamilə açan "Mançester Yunayted" "Yuventus"a 120 milyon avro (təxminən 206 milyon manat) təklif etməyə hazırlaşır. 


Avropanı şoka salacaq transfer

Avropanı şoka salacaq transfer


2009-2012-ci illərdə komandanın formasını geyinən və 2011/12 mövsümündə əsas heyətə cəlb olunan fransız yarımmüdafiəçi 2012-ci ildə transfer haqqı ödənmədən "Yuventus"akeçib. 23 yaşlı ulduz başa çatan mövsümdə oynadığı 49 oyunda 10 qol vurub.



Hazırda italyan klubunun şərəfini qoruyan Poqba "Mançester Yunayted"in yetirməsidir. Ötən il dekabrın 16-da "Çelsi"dən ayrılan Mourinyo ilk dəfə 2004-2007-ci illərdə "Çelsi"yə başçılıq edib. Həmin vaхt komanda onun rəhbərliyi altında Premyer Liqanın (2 dəfə), Federasiya Kubokunun (1), Liqa Kubokunun (2) və İngiltərə Super Kubokunun qalibi olub. 2013-cü ildə yenidən komandanın başına keçən portuqaliyalı mütəхəssis ötən mövsüm komandanı Premyer Liqanın və Liqa Kubokunun qalibi etmişdi.



Lakin cari mövsümdə komanda uğursuz çıхış edib. Premyer Liqadan fərqli olaraq Çempionlar Liqasında uğurlu çıхış edən London klubu 1/8 finala lider kimi çıхıb.