» » » PFL-in yeni prezidenti bəlli oldu

PFL-in yeni prezidenti bəlli oldu

PFL-in yeni prezidenti bəlli oldu

Bu gün AFFA-nın inzibati binasında Peşəkar Futbol Liqasına (PFL) növbəti dəfə prezident seçkiləri keçirilib. ucarliyiq.biz-in məlumatına görə, seçkilərə rəqibsiz qatılan PFL-in hazırki prezidenti Ramin Musayev növbəti dəfə sözügedən quruma rəhbər seçilib.



AFFA-nın inzibati binasında təşkil olunan mərasimdə AFFA prezidenti Rövnəq Abdullayev və Premyer Liqa klublarının nümayəndələri iştirak edirlər. Ramin Musayev PFL-ə yaranan gündən 2008-ci ildən rəhbərlik edir. Bununla 53 yaşlı futbol funksioneri PFL-də 3-cü fəaliyyət dönəminə başlayır.



Seçkinin nəticəsinə görə, o, növbəti 4 ildə də quruma rəhbərlik edəcək. Musayev PFL prezidenti seçilməzdən öncə “Neftçi” klubunun vitse-prezidenti vəzifəsində çalışıb.


PFL-in yeni prezidenti bəlli oldu