» » » Tanınmış qapıçı ağlayaraq vidalaşdı

Tanınmış qapıçı ağlayaraq vidalaşdı

Tanınmış qapıçı ağlayaraq vidalaşdı

"Beşiktaş"ın yeni qapıçısı Fabrisio Aqosto Ramirez bu gün "Deportivo" ilə vidalaşıb. ucarliyiq.biz-in məlumatına görə, qolkiper təşkil etdiyi mətbuat konfransında göz yaşlarını saxlaya bilməyib.
"Karyeramda yeni bir səhifə açmaq istəyirəm. Çempionlar Liqasında oynamaq xəyalım idi. Bu arzumu "Beşiktaş"la gerçəkləşdirəcəm. "Beşiktaş" çox böyük klubdu" deyə, ispaniyalı əlcək sahibi mətbuat konfransında bildirib.



Ramirez 3 mövsümdü ki, "Deportivo"da çıxış edirdi. O, zədə səbəbi ilə ötən mövsüm heç bir oyunda iştirak edə bilməyib.


Tanınmış qapıçı ağlayaraq vidalaşdı

Tanınmış qapıçı ağlayaraq vidalaşdı


Bu arada Türkiyə Super Kubokunun keçiriləcəyi vaxt dəqiqləşib. Son Türkiyə çempionu "Beşiktaş"la ölkə kubokunun qalibi "Qalatasaray" avqustun 13-də üz-üzə gələcək. İstanbul derbisinin oynanılacağı stadion da bəllidir. Belə ki, Türkiyə nəhəngləri"Konya Büyükşehir" stadionunda münasibətlərə aydınlıq gətirəcək.


Tanınmış qapıçı ağlayaraq vidalaşdı


Bu mövsüm Türkiyə kubokunun həlledici görüşündə "Qalatasaray" və "Fənərbaxça" komandaları üz-üzə gəlib. "Qalatasaray" rəqibini 1:0 hesabı ilə məğlub edərək əzəli rəqibini peşman edib.



Antalya stadionunda keçirilən oyunun taleyini bir qol həll edib. Lukas Podolskinin 30-cu dəqiqədə vurduğu qol "Qalatasaray"a Türkiyə kubokunu qazandırıb. Bu, "Qalatasaray"ın tarixi ərzində qazandığı 17-ci kubok olub. 



“Qalatasaray” ilə “Fənərbaxça” bu günə qədər 5 dəfə finalda qarşılaşıblar. “Cim Bom” bütün oyunlarda “Fənər”dən üstün ayrılıb.  Ümumilikdə isə “Qalatasaray” 21 final oynayıb 16-da qalib gəlib. “Aslanlar” final oyunlarda cəmi 25 qol vurub. 10 qol isə buraxıb.