» » » Canlı yayımda biabırçılıq

Canlı yayımda biabırçılıq

Canlı yayımda biabırçılıq

Fransada keçirilən Avropa çempionatının 1/4 final mərhələsinin Belçika və Uels oyunundan sonra kuryoz hadisə yaşanıb. ucarliyiq.biz-in məlumatına görə, ötən illərin məşhur futbolçusu Robbi Sevec həmyerliləri Uelsin Belçika üzərində qələbəsini sərxoş vəziyyətdə şərh edib.

Uels millisinin sabiq kapitanının bu hərəkəti sosial şəbəkədə birmənalı qarşılanmayıb. Futbolçu canlı efirdə özünü gülünc vəziyyətə salıb.

"AVRO-2004"də millimizə qarşı oynayan Robbi Sevec hazırda futbol şərhçiliyi ilə məşğul olur. Robbi Sevec hələ ki, baş verənlərə aydınlıq gətirməyib.

Canlı yayımda biabırçılıq


Oyuna gəldikdə isə Uels yığması sensasiya edərək Belçika yığmasını məğlub edib. Avropa Çempionatının 1/4 final mərhələsində Britaniyalılar Belçika millisinə 3 qol vuraraq çempionatın 1/2 final mərhələsinə adlayıb. 

Matçda hesabı Belçika açıb. Oyunun 13-cü dəqiqəsində Naynqolan möhtəşəm zərbəsi ilə topu doqquzluğa göndərib. Uels millisi oyuna dönüş edərək ilk hissədə hesabı tarazlayıb. İkinci hissədə isə 2 qol vuraraq çempionatın böyük sensasiyasına imza atıb.

Uels yığması tarixi ərzində ilk dəfə Avropa çempionatında iştirak edir. Komandanın fantastik uğuru sensasiya kimi hesab olunur. Uels iyulun 6-da finala çıxış üçün Portuqaliya ilə qarşılaşacaq. 

Uels - Belçika - 3:1

Qol: Naynqolan, 13 (0:1), Eşli Uilyams, 30 (1:1), Robson-Kanu, 54 (2:1), Sam Vouks, 85 (3:1)

Baş hakim: Damir Skomina

Yan xətt hakimləri: Yure Praprotnik, Robert Vukan

Əlavə köməkçi hakimlər: Matey Yuq, Slavko Vinçiç (hamısı Sloveniya)

Dördüncü hakim: Nikola Ritsoli (İtaliya)
Lill. “Pyerr Morua” stadionu