» » » "Zenit" kürdəmirli futbolçusunu qovdu

"Zenit" kürdəmirli futbolçusunu qovdu

"Zenit" kürdəmirli futbolçusunu qovdu

Yeni mövsümün hazırlıqlarını davam etdirən Sankt-Peterburqun "Zenit" klubu daha bir futbolçusu ilə yollarını ayırıb. ucarliyiq.biz-in məlumatına görə, rusların yeni baş məşqçisi Mirça Luçesku əslən azərbaycanlı olan Ramil Şeydayevi komandadan kənarlaşdırıb.

Bu barədə məlumatı klubun rəsmi saytı yayıb. Onunla başa çatan müqavilənin müddəti yenilənməyib.

Mirça Luçesku "Zenit"lə 2+1 illik müqavilə imzalayıb. Luçesku yeni klubunda illik 5 milyon avro maaş alacaq. Ukraynanın "Şaxtyor" klubundan ayrılan rumın mütəxəssis karyerasını Rusiyada davam etdirir. 
"Zenit" kürdəmirli futbolçusunu qovdu

"Zenit" kürdəmirli futbolçusunu qovdu


Avstriyada təlim-məşq toplanışında olan "Qarabağ" ikinci yoxlama matçında Rusiya nəhəngi "Zenit"lə qarşılaşmışdı. Ağdamlıların minimal hesablı qələbəsi ilə başa çatan qarşılaşmadan sonra "Zenit"in əslən azərbaycanlı futbolçusu Ramil Şeydayev oyunla bağlı fikirlərini səsləndirib. O, "Qarabağ"ı tərifləyib.
"Zenit" kürdəmirli futbolçusunu qovdu


"Qarabağ"ın necə oynadığını görmək istəyirdim. Buna görə də qarşılaşma mənim üçün maraqlı idi. 

"Qarabağ" çox xoşuma gəldi. Rəqib topa yaxşı nəzarət edirdi və heyətlərində güclü futbolçular var. Bu komandanın avrokuboklardakı oyunlarını izləmişəm. Məğlub olduq, təəssüratlarım çox deyil. Oyunda hərəkətlilik pis deyildi. İkinci hissədə topa yaxşı nəzarət etdik. Ancaq qol vurmaq alınmadı. Növbəti oyunda qol vuraram", - deyə Şeydayev bildirib. "Zenit" və Rusiya millisinin şərəfini qoruyan Şeydayevin atası Kürdəmirdən, anası isə rusdur.