» » » Olimpiya Oyunlarının rəsmi mahnısı təqdim olunub

Olimpiya Oyunlarının rəsmi mahnısı təqdim olunub

Olimpiya Oyunlarının rəsmi mahnısı təqdim olunub

2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarının rəsmi mahnısı təqdim olunub. ucarliyiq.biz-in məlumatına görə, "Qəlb və ürək" adlanan bəstənin müəllifləri braziliyalı Tiaqinyo və Projotadır.

"Bu müsiqi Braziliya kimi səslənir. Musiqi ağır mübarizədən və büsbütün qəlb və ürəyini ortaya qoymağın gərəkliyindən bəhs edir”. Videoklipdə Rio-de-Janeyronun ən məşhur yerləri, olimpiya idman obyektləri, habelə 10-12 yaşlı 4 yeniyetmə idmançının məşqlərindən fraqmentlər təqdim olunub. 

"Rio-2016" 5-21 avqustda keçiriləcək. Hələlik Olimpiadada Azərbaycanı 54 idmançının təmsil edəcəyi dəqiqləşib.