» » » "Daçiya" - "Kəpəz" matçından əvvəl gözlənilməz istefa

"Daçiya" - "Kəpəz" matçından əvvəl gözlənilməz istefa

"Daçiya" - "Kəpəz" matçından əvvəl gözlənilməz istefa

Avropa Liqasının birinci təsnifat mərhələsində "Kəpəz"in rəqibi olan "Daçiya"da gözlənilməz istefa baş verib. ucarliyiq.biz-in məlumatına görə, Moldova təmsilçisinin prezidenti Adlan Şişxanov prezident postundan ayrılıb.
Bu barədə məlumatı klubun rəsmi saytı yayıb. Bundan sonra "Daçiya"da menecer kimi fəaliyyət göstərəcək Şişxanov komandaya daha faydalı olmaq istədiyini bildirib.
"Daçiya" - "Kəpəz" matçından əvvəl gözlənilməz istefa

"Daçiya" - "Kəpəz" matçından əvvəl gözlənilməz istefa


Tərəflərin Bakıdakı oyununda (0:0) Şişxanov klub prezidenti olsa da, komandanı meydanı baş məşqçi kimi çıxarmışdı. Baş məşqçi qala-qala onun belə addım atması heç də xoş qarşılanmamışdı. “Kəpəz” sabah Avropa Liqasının I təsnifat mərhələsinin cavab oyununda səfərdə “Daçiya” ilə qarşılaşacaq.

Avropa Liqasının I təsnifat mərhələsində Moldovanın "Daçiya" klubunu qəbul edən "Kəpəz" "sülh"ə razılaşıb - 0:0. Bununla "Kəpəz" tur şansını Moldovaya saxlayıb. 

Avropa Liqası

I təsnifat mərhələsi

İlk oyun

Kəpəz (Azərbaycan) - Daçiya (Moldova) 0:0
Kəpəz: 88. Tadas Simaitis, 5. Kərim Daniyev, 7. Vüqar Bəybalayev (6. Ceyhun Cavadov, 73), 10. Dario Frederiko, 13. Şəhriyar Rəhimov, 17. Nicat Qurbanov (19. Orxan Əliyev, 70), 18. Tural Axundov (k), 25. Şəhriyar Əliyev, 36. Renan Alves, 77. Serjinyo (9. Tural Qürbətov, 79), 90. Julien Ebah.

Ehtiyat oyunçular: 1. Əyyub Əliyev, 21. Novruz Məmmədov, 23. Tural Nərimanov, 80. Tural Rzayev.

Baş məşqçi: Şahin Diniyev.
Daçiya: 12. Dumitru Keleadnik, 2. Andrey Slinkin, 4. Semyon Bulqaru (k), 5. Vyaçeslav Posmats, 7. Rinar Valeyev (19. Maksim Qavrilenko, 40), 9. İqor Buqayev (15. Sapol Mani, 61), 10. Aleksandru Becan (25. Andrey Buqneats, 83), 11. Denis Kojanov, 17. Euqenyu Kokiuç, 24. Abdul-Qafar Mamah, 28. Maksim Feşçuk.

Ehtiyat oyunçular: 16. Dorian Raylean, 6. Medjit Neziri, 27. Vasile Cardan, 29. İaser Turkan.

Baş məşqçi: Oleq Bejenar.

Sarı vərəqələr: Euqenyu Kokiuç, 77. Semyon Bulqaru, 90+3.

Hakimlər: Aleksander Qauzer, Sergey Vassyutin, Alibek Aubakirov, Daniyar Sakhi (Qazaxıstan).

UEFA nümayəndəsi: Leonid Kaloşin (Rusiya).

Hakim-inspektor: Aleh Çikun (Belarus).
Bakı. "Dalğa Arena".