» » » "Mourinyo böyük səhv etdi"

"Mourinyo böyük səhv etdi"

"Mourinyo böyük səhv etdi"

“Mançester Yunayted”in əfsanəvi sabiq baş məşqçisi Aleks Ferqüson Joze Mourinyo haqqında danışıb. ucarliyiq.biz-in məlumatına görə, Ferqüson Mourinyonun “Çelsi”yə ikinci dəfə qayıtmasını səhv addım adlandırıb.

"Jozenin “Çelsi”yə qayıtması çox böyük səhv idi. Palçığa iki dəfə batmazlar. Mourinyo uğurlu məşqçidir. O, çoxlu kuboklar qazanıb. Məncə “Mançester Yunayted” onun karyerasını davam etməsi üçün əla seçimdir. Əminəm ki, o, Mançesterdə uğur əldə edəcək".
"Mourinyo böyük səhv etdi"
Joze Mourinyo  ilk dəfə 2004-cü ildə “Çelsi”nin baş məşqçisi olub. O, 2007-də “İnter Milan” klubuna keçib. 2010-cu ildə isə “Real Madrid” klubuna transfer olunub. “Çelsi”nin sahibi Roman Abramoviç Mourinyonu 2013-cü ildə Çelsiyə yenidən dəvət edib.

Lakin, portuqaliyalı mütəxəssis London klubundakı işi  uğursuz   alınıb. O, iki mövsümdan  sonra komandadan qovulub. Mourinyo bu yay “Qırmızı Şeytanlar”ın yeni baş məşqçisi təyin olunub.