» » » Messidən sonra o da getdi
Messidən sonra o da getdi

Argentina millisinin baş məşqçisi Xerardo Martino istefa verib. ucarliyiq.biz-in məlumatına görə, məlumat ölkənin futbol federasiyası tərəfindən rəsmən öz təsdiqini tapıb. 

Bir müddət əvvəl Argentina Futbol Assosasiyası millinin baş məşqçisi Xerardo Martinonun postunda qalacağını bildirmişdi. Lakin 53 yaşlı mütəxəsislə yollar ayrılıb.
Messidən sonra o da getdi

Messidən sonra o da getdi


Millinin yeni çalışdırıcısının adına yaxın günlərədə aydınlıq gələcək. Argentina yığmasının sükanı arxasına keçməyə namizəd olan bir neçə mütəxəsisin adı hallansada hələ bu barədə rəsmi açıqlama verilmir.

2014-cü ildən yığmanı çalışdıran Martinonun komandası sonuncu dəfə Amerika Kubokunun finalında Çiliyə penaltilər seriyasında uduzaraq, gümüş medalla kifayətlənməli olub.

Məhz bu qarşılaşmadan sonra argentinalıların ulduz futbolçusu Lionel Messi, Maskerano və Aquero milli karyerasını bitirmək barədə qərar qəbul etmişdi. Futbolçar yığma karyeralarını başa vurduğunu açıqlayıb.