» » » İlk finalçı kim olacaq?
İlk finalçı kim olacaq?

Bu gün futbol üzrə Avropa çempionatında finala yüksələn ilk komandanın adına aydınlıq gələcək. ucarliyiq.biz-in məlumatına görə, finala vəsiqə qazanmaq üçün Portuqaliya ilə Uels milliləri üz-üzə gələcək.

Bu oyunu Madridin "Real" klubunda birgə çıxış edən Kriştiano Ronaldo və Qaret Beyl dueli də adlandırmaq olar. Millilərinin ən güclü oyunçuları bu matçı son günlərin ən gözlənilən oyuna çevirib. Bütün futbol həvəskarlarının gözü Kriştianu Ronaldo – Qaret Beyl duelində olacaq.

Madridin “Real” klubunda çıxış edən ulduz futbolçuların oyunundan çox şey asılıdır. Hər halda iki tərəfi də çətin oyun gözlədiyi bəri başdan bəlli idi.
İlk finalçı kim olacaq?

İlk finalçı kim olacaq?


Komandaların bura qədər gəldiyini nəzərə alsaq, deməli, tərəflər finala yüksəlmək üçün maksimum ehtiyatlı oyuna üstünlük verib, ələ düşən fürsətdən yararlanmağa çalışcaq. Portuqaliya hər nə qədər favorit olsa da, Uels də rəqibinə güc göstərmək potensialına sahibdi.

İlk dəfə Avropa birinciliyinə qatılan Uelsın əsas heyət üzvlərindən ikisi – Aron Remsi və Ben Deyvis bu görüşdə cəza səbəbindən meydana çıxa bilməyəcək. Buna baxmayaraq, turnirin sürpriz komandası olan Kris Koulmenin yetirmələri Belçikadan sonra Portuqaliyanı da mübarizədən kənarlaşdırmaqda israrlıdılar.

6 iyul

"Avro-2016”,  yarımfinal

23:00. Portuqaliya - Uels
Baş hakim: Jonas Eriksson
Yan xətt hakimləri: Matias Klasenius, Daniel Varnmark
Əlavə köməkçi-hakimlər: Stefan Yohanesson, Markus Strömberqsson (hamısı İsveç)
Lion. Lion stadionu