» » » "Barselona"nın hədəfi dəyişdi

"Barselona"nın hədəfi dəyişdi

"Barselona"nın hədəfi dəyişdi

"Barselona"nın hədəfindəki daha bir futbolçu müəyyənləşib. ucarliyiq.biz-in məlumatına görə, Kataloniya klubu "Mançester Yunayted"dən Matteo Darmianı heyətinə qatmaq istəyir.

"Barselona" bu futbolçuya görə uzun müddətdi maraq dairəsində olan "Volfsburq"un üzvü Rikardo Rodrigesdən imtina edib. İddialara görə, La Liqa klubu yaxın günlərdə "Mançester Yunayted"ə təklif göndərəcək.

"Mançester Yunayted" Matteo Darmianı ötən il "Torino"dan 18 milyon avroya alıb. "Transfermarkt" hazırda 23 yaşlı italyan müdafiəçiyə 15 milyon avro qiymət qoyub. O, ötən mövsüm 39 rəsmi oyuna çıxıb və 1 qol vurub.
"Barselona"nın hədəfi dəyişdi