Portuqaliya finalda

"Avro-2016"nın ilk yarımfinal oyununda Portuqaliya və Uels milliləri üz-üzə gəlib. Gərgin keçən 90 dəqiqə ərzində pireneylilər "əjdahalar"ı ram edə biliblər.

ucarliyiq.biz-in məlmatına görə, Lion şəhərindəki "Stad de Lyumer"də təşkil olunan oyunun ilk hissəsində hesab açılmayıb.
Portuqaliya finalda


Yarımfinala qədər hələ heç bir qarşılaşmanı əsas vaxtda qalib tamamlaya bilməyən portuqaliyalılar ikinci hissədə istəklərinə nail olublar. Matçın 50-ci dəqiqəsində Kriştianu Ronaldu hesabı açıb. Üç dəqiqə sonra Nani ikinci topu Uels millisinin qapısından keçirib. Hər iki komandanın cəhdinə baxmayaraq oyunun sonunadək hesab dəyişməyib.

 
Beləliklə, görüş Portuqaliya millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb və komanda tarixində ikinci dəfə Avropa çempionatının finalına yüksəlib.

Portuqaliya - Uels matçında fərqlənən "Real Madrid"in ulduz futbolçusu Kriştianu Ronaldu Avropa çempionatlarında 9-cu qoluna imza atıb. Bununla da o, əfsanəvi Mişel Platinini qabaqlayaraq mütləq rekorda sahib olub. Keçmiş fransız futbolçu qitə birincilikləri tarixində 8 qola imza atıb.