Fransa finalda

İyulun 7-də futbol üzrə Avropa çempionatının ikinci yarımfinal oyunu keçirilib. ucarliyiq.biz-in məlumatına görə, Marselin "Velodrom" stadionunda keçirilən matçda Almaniya və Fransa milli komandaları qarşılaşıblar.

Qarşılıqlı hücumlar şəraitində keçən görüşün birinci hissəsinə əlavə edilmiş ikinci dəqiqədə Fransa yığmasının üzvü Antuan Qrizman 11 metrlik cərimə zərbəsi ilə hesabı açıb. Matçın birinci hissəsi bu hesabla başa çatıb,- 1:0.
Fransa finalda


Matçın ikinci hissəsində Qrizman özünün və komandasının ikinci qoluna imza atıb. Bu dəfə o, almaniyalı qapıçı Manuel Noyerin kobud səhvindən sonra topu "bundestim"in qapısından keçirib.

Nəticədə görüş Fransa millisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb və komanda finala yüksələrək Portuqaliyanın rəqibi olub. Final görüşü iyulun 10-da Parisin “Stad de Frans” stadionunda keçiriləcək.
Fransa finalda