» » » Azərbaycan idmançıları hədələndi

Azərbaycan idmançıları hədələndi

Azərbaycan idmançıları hədələndi

Ümumdünya Antidopinq Agentliyi Azərbaycanda dopinqlə aparılan mübarizədən narazıdır. Bu agentliyin və Azərbaycandan olan nümayəndələrin görüşündən sonra məlum olub.

ucarliyiq.biz-in "İnsidethegames" elektron portalına istinadən verdiyi məlumata görə, portal Azərbaycanın idmançıların yoxlanması problemlərini bu surətlə həll etməyə davam edəcəyi halda, agentliyin tələblərinə uyğun olmayan ölkə adlandırıla biləcəyini yazıb.

Ümumdünya Antidopinq Agentliyi Azərbaycanı qaydalarını qərəzli şəkildə pozan Rusiya və Keniya kimi ölkələrlə bir sıraya qoymaqla hədələyib. Bu ölkələrin idmançıları Rio Olimpiadasından öncə əlavə dopinq yoxlamasından keçəcəklər.