» » » Rus iş adamı ilə lyuks yaxtada gizli görüş

Rus iş adamı ilə lyuks yaxtada gizli görüş

Rus iş adamı ilə lyuks yaxtada gizli görüş

İspaniyanın “Barselona”  klubunun argentinalı ulduzu Lionel Messinin klubdan ayrılmaq üçün hərəkətə keçdiyi iddia edilir. ucarliyiq.biz-in xarici KİV-lərə istinadən verdiyi məlumata görə, argentinalı futbolçunun atası Corc Messi bu yaxınlarda Çelsi klubunun sahibi Roman Abramoviç ilə oğlunun transfer edilməsi ilə bağlı görüş keçirib.

Rus iş adamının 1.5 milyard funt-sterlinq dəyərindəki super lyuks "Eclipse" yaxtasında keçən görüşdə Corc Messi oğlunun tranferi üçün Abramoviçdən illik transfer haqqı tələb edib.
Rus iş adamı ilə lyuks yaxtada gizli görüş
İyulun 6-da “Barselona”  klubunun ulduzu Lionel Messi barədə məhkəmə tərəfindən 21 aylıq  həbs qərarı çıxarılıb. Bundan əlavə vergidən yayındığı üçün argentinalı futbolçu iki milyon cərimə ödəməlidir.
Rus iş adamı ilə lyuks yaxtada gizli görüş


Müstəntiqlər məşhur futbolçu və onun atasının gəlirlərin bir hissəsinin gizlətməsi üçün ofşor sxemlərindən istifadə etdiyini sübut edib.

2013-cü ildə vergidən yayındıqları üçün İspaniya məhkəməsi Leo və atası Xorxe Messibarəsində həbs qərarı verib. Argentinalı 4,1 milyon avro vergidən yayınmaqda günahlandırılıb.

Barselona Prokurorluğu bu məsələdə bütün məsuliyyətin futbolçunun atasının üzərinə düşdüyü qeyd edib.
Rus iş adamı ilə lyuks yaxtada gizli görüş