» » » Portuqaliya, yoxsa Fransa?
Portuqaliya, yoxsa Fransa?

Avropa Çempionatında azarkeşlər üçün cavabı naməlum olan bir sual qalıb - Portuqaliya , yoxsa Fransa? ANS TV-nin məlumatına görə, "Avro-2016"nın ev sahibi, Fransa millisi artıq həmvətənlərinin 1984 və 1998-ci illər turnirlərindəki uğurlarını təkrarlamağa çox yaxındır.
Portuqaliya, yoxsa Fransa?


Fransa millisinin vuran ayağı Antuan Qrizmanın hazırki durumuna çətin laqeyd qalan fransız tapılsın. Məhz Didye Deşamın 4-3-2-1 düzülüşü Antuan Qrizmann və Pol Poqmanın öz oyununu tapmasına yardımçı olub. Hazırda Fransa turnirin sonuna qədər komanda oyunu sərgiləyə biləcək kollektiv təsiri  bağışlayır. Bu işdə doğma meydan amilinin də rolu böyükdür. Fransa artıq irimiqyaslı ev turnirlərində 17 matçdır ki, məğlub olmur. "Xoruzlar"ın hesabında 15 qələbə və 2 heç-heçə var.

Finalda "xoruzlar"ı 2004-cü ildən bəri Avro həsrətində olan Portuqaliya millisi gözləyir. Avropalı braziliyalıların 31 yaşlı lideri 12 illik fasilədən sonra yalnız turnirin qızıl medalına köklənib. Bir sözlə  Portuqaliyanı finala daşıyan Kriştiano Ronaldo, artıq qızılın da keyfiyyətini yoxlamadan keçirməyi arzulayır. Maraqlı məqam odur ki, Portuqaliya və Fransa millilərinin öz aralarında keçirdikləri son 10 matçın hamısında "xoruzlar" qələbə qazanıblar.

Bütün dünyanın səbirsizliklə gözlədiyi qarşılaşma iyul ayının 10-da Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.