» » » Klublarımızın Avroliqa matçlarının başlama saatları

Klublarımızın Avroliqa matçlarının başlama saatları

Klublarımızın Avroliqa matçlarının başlama saatları

Ölkəmizi Avropa Liqasında təmsil edən hər üçün komandamız 1-ci təsnifat mərhələsini uğurla keçdi. ucarliyiq.biz-in məlumatına görə, "Qəbələ", "Kəpəz" və "Neftçi"nin ikinci mərhələdəki ilk oyunlarının başlama saatları da bəlli olub.
Malta "Baltsan"ı səddini keçən "Neftçi" Makedoniya "Şkendiya"sını qəbul edəcək. "Kəpəz" isə səfərdə Avstriya "Admira"sının qonağı olacaq. "Qəbələ" də ilk oyununu səfərdə Macarıstan MTK-sına qarşı keçirəcək.
Klublarımızın Avroliqa matçlarının başlama saatları

Klublarımızın Avroliqa matçlarının başlama saatları

Bu arada "Kəpəz" klubunun 2-ci təsnifat mərhələsində Avstriya "Admira"sı ilə Bakıdakı oyununun vaxtı dəyişdirilib. Sözügedən qarşılaşma əvvəlcədən nəzərdə tutulduğukimi iyulun 21-də deyil, ondan bir gün tez keçiriləcək. Buna səbəb isə həmin gün "Qəbələ"nin Macarıstan MTK-sı ilə cavab oyununa çıxmasıdı. Qaydalara əsasən, bir şəhərdə eyni gündə iki oyun keçirməyə icazə yoxdu.
14 iyul

20:00."Neftçi” (Azərbaycan) - "Şkendiya” (Makedoniya)

21:00"Admira” (Avstriya) - "Kəpəz” (Azərbaycan)

22:30.MTK (Macarıstan) - "Qəbələ” (Azərbaycan)