» » » Qvardioladan 100 milyonluq transfer

Qvardioladan 100 milyonluq transfer

Qvardioladan 100 milyonluq transfer

Xose Qvardiolanın "Mançester Siti"də görmək istədiyi daha bir futbolçunun adı müəyyənləşib. ucarliyiq.biz-in məlumatına görə, ispan mütəxəssis Leonardo Bonuççinin transferini istəyib.

"Mançester Siti" bu futbolçu üçün "Yuventus"a 60 milyon avro təklif edir. Bonuççinin özünə isə illik 8 milyon avrodan 5 ili əhatə edən müqavilə təklif edilir.

Beləliklə, bu transfer baş tutsa, "Mançester Siti" 29 yaşlı italyan mərkəz müdafiəçisi üçün 100 milyon avro xərcləmiş olacaq.
Qvardioladan 100 milyonluq transfer

Qvardioladan 100 milyonluq transfer


Leonardo Bonuççi 2010-cu ildə "Bari"dən "Yuventus"a 15,5 milyon avroya keçib. 2019-cu ilin yayına qədər Turin klubuna məxsus Bonuççinin illik məvacibi 3,5 milyon avrodur. 

"Transfermarkt" hazırda ona 30 milyon avro qiymət qoyub. İtaliya millisinin üzvü ötən mövsüm 49 rəsmi oyuna çıxan italyan futbolçu 3 qol vurub.

Bu mövsümdən "Mançester Siti" sükanı arxasına keçən Xose Qvardiola 2013-cü ildə “Bayern Münhen”in baş məşqçisi olub. İspaniyalı komanda ilə 2 dəfə Almaniya çempionu . Almaniya kuboku, UEFA-nın super kuboku və klublar arası Dünya çempionu olub.